525.Az

Qəbələ RLS son günlərini yaşayır (VİDEO)


 

Qəbələ RLS son günlərini yaşayır<b style="color:red"> (VİDEO)</b>

Qəbələ RLS-dən texnika və avadaqlıqların daşınması prosesi başa çatmaq üzrədir. 34 il fəaliyyət göstərmiş stansiya son günlərini yaşayır. RLS-də gündəlik is rejimi davam etsə də bu işin əvvəlki aylarla müqayisədə xeyli zəiflədiyi müşahidə olunur.

Yerli sakinlərin sözlərinə görə, RLS-də çalışan rusiyalı hərbçilərin Qəbələnin Zarağan kəndi ərazisində yerləşən fərdi yaşayış şəhərciyində yaşayan ailələri evlərinin əşyalarını yerli sakinlərə satıblar. Satmadıqlarını isə özləri ilə birlikdə həftədə iki dəfə həyata keçirilən Qəbələ-Moskva reysi ilə aparırlar.

Rusiyalı hərbçilərin Zarağanda olan fərdi yaşayış şəhərciyindəki bağça və iki min nəfərlik yaşayış binaları da tamamilə boşaldılıb. Orada hazırda 10-15-ə yaxın ailə qalıb ki, bunlar da RlS-də çalışanlardır. Martın birindən etibarən şəhərcik Qəbələ rayon icra hakimiyyətinin tabeçiliyinə verilib. Hazırda şəhərcikdə 270 azərbaycanlı ailəsi yerləşdirilib. Qeyd edək ki, RLS-in binasının üzərindən rusiyanın dövlət bayrağı götürülsə də, hərbçilərin Zarağan kəndi ərazisində yerləşən fərdi yaşayış şəhərciyinın nəzarət buraxılış məntəqəsinin qarşısında Rusiya bayrağı ölkəmizin bayrağı ilə birgə dalğalanır.

Hərbi obyektdə çalışan 600-dən çox yerli işçidən 560-ı son 3 ayda işdən azad olunub. 40-a yaxın əməkdaşın isə yaxın iki ayda çıxarılması gözlənilir. Stansiyada təhvil-təslim prosesinin avqusta qədər uzanacağı deyilir. Qeyd edək ki, fevral ayından etibarən hərbi obyektə nəzarəti yerli daxili qoşunların 60-dan çox hərbiçisi həyata keçirir.

 





04.04.2013    çap et  çap et