525.Az

Bakıda idman kompleksində faciə


 

Bakıda idman kompleksində faciə<b style="color:red"></b>

Aprelin 5-nə keçən gecə Bakı şəhərinin Xəzər rayonu ərazisində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Şüvəlan qəsəbəsində yerləşən idman-sağlamlıq kompleksinin hovuzunda 1993-cü il təvəllüdlü Muradov Arif Elman oğlu boğulub. 20 yaşlı oğlan saat 23 radələrində hovuzda üzmək istəyərkən boğularaq ölüb.

 

A.Muradovun suda səhhətinin pisləşməsi və ya digər səbəbdən ölməsi hələlik məlum deyil.

 

Faktla əlaqədar araşdırmalar başlanılıb.

 

 





05.04.2013    çap et  çap et