525.Az

Bakı sakini dostunu öldürüb


 

Bakı sakini dostunu öldürüb<b style="color:red"></b>

Bakı şəhərinin Xəzər rayonu ərazisində qətl hadisəsi törədilib.

Xəzər RPİ, 2-ci Polis Bölməsindən lent.az-a verilən məlumata görə, Buzovna qəsəbə sakini 1982-ci il təvəllüdlü Cəfərov Cəfər Nəsrəddin oğlu C.Musabəyov küçəsi, dalan 1 ünvanındakı evdə dostu Bəxtiyar adlı şəxsi bıçaqlayaraq qətlə yetirib. C.Cəfərov daha sonra polisə gələrək törətdiyi əməl barəsində məlumat verib və təslim olub.

 

Hazırda qətlə yetirilmiş 33-35 yaşlı kişinin şəxsiyyəti müəyyənləşdirilir. Faktlaəlaqədar cinayət işi başlanılıb.

 

Hadisənin səbəbi və digər təfərrüatlar məlum deyil.

 

 





05.04.2013    çap et  çap et