525.Az

Büdcə xərclərini düzgün yerinə yetirməyən müəssisələrin hesabları bağlanacaq


 

Büdcə xərclərini düzgün yerinə yetirməyən müəssisələrin hesabları bağlanacaq<b style="color:red"></b>

 Dövlət büdcəsindən maliyyələşən müəssisələrdən büdcə xərclərini düzgün yerinə yetirməyənlərin hesabları bağlanacaq.


APA-nın məlumatına görə, bunu Azərbaycan Hesablama Palatasının sədri Heydər Əsədov bu gün Milli Məclisdə illik hesabatla bağlı çıxışı zamanı bildirib.

 

O qeyd edib ki, həmin müəssisələrin hesablarının bağlanması üçün qanunvericilik palataya kifayət qədər səlahiyyətlər də verir: “İllik yoxlamalar zamanı məlum olub ki, əmək haqqı və sosial müdafiə xərcləri ilə bağlı çatışmazlıqlar artıb. Qadınların mühasib olduğu müəssisələrdə belə çatışmazlıqların daha çox olması müşahidə olunur”.

 

 





05.04.2013    çap et  çap et