525.Az

"Çıxış yolu" verilişində efir etikasına zidd hallar aşkarlanıb"


 

"Çıxış yolu" verilişində efir etikasına zidd hallar aşkarlanıb"<b style="color:red"></b> Milli Televiziya və Radio Şurası (MTRŞ) Lider telekanalında yayımlanan “Çıxış yolu” verilişində baş verənlərə münasibət bildirib.
 
MTRŞ-ın monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov APA-ya deyib ki, veriliş təhlil edilib və bununla bağlı arayış yekunlaşmaq üzrədir.

Onun sözlərinə görə, veriliş 1 saatlıq canlı yayımlanır:

“Təhlillər zamanı verilişdə neqativ hallar, təhqiramiz, ədəbsiz ifadələr, söyüşlər, efir etikasına, milli-mənəvi dəyərlərə zidd hallar aşkarlanıb.

Dəfələrlə demişik ki, efirdə, xüsusilə canlı yayımda belə problemlərin müzakirəsi zamanı ehtiyatlı və diqqətli olmaq lazımdır”.
 
O bildirib ki, verilişlə bağlı təhlillər ümumiləşdirilərək arayış formasında protokollaşdırılıb və şuranın rəhbərliyinə təqdim olunacaq. Bununla bağlı hansı tədbirlərin görüləcəyi şuranın qərarından asılı olacaq.
 





16.12.2016    çap et  çap et