525.Az

"İrandan Azərbaycana gələnlərin sayı 58 faiz artıb"


 

"İrandan Azərbaycana gələnlərin sayı 58 faiz artıb"<b style="color:red"></b>

"Bu il Azərbaycana Rusiyadan gələnlərin sayı 7,1%, İrandan gələnlərin sayı 58%, Qazaxıstandan gələnlərin sayı 15,8% artıb".
 
APA-nın xəbərinə görə, bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov "ASAN Viza" portalının təqdimat mərasimində deyib.
 
Nazir müavini bildirib ki, Azərbaycana səfər edənlərin təqribən 70%-i ölkəmizlə vizasız sistemin tətbiq edildiyi xarici ölkələrdən gələn əcnəbidir.

N. Səmədov qeyd edib ki, elektron vizanın tətbiqindən sonra Azərbaycana Avropa ölkələrindən gələnlərin sayında artım baş verib:
 
"Hazırda əsas məqsədimiz nəinki beynəlxalq statuslu hava limanlarında, ümumilikdə bütün dövlət sərhəd-keçid məntəqələrində vizanın verilməsi imkanlarının yaradılmasıdır".

 





16.12.2016    çap et  çap et