525.Az

Oqtay Əsədov: “Hesablama palatası cinayət işi qaldırmır”


 

Oqtay Əsədov: “Hesablama palatası cinayət işi qaldırmır”<b style="color:red"></b>

Millət vəkili büdcə komitəsinin yaradılmasını təklif etdi

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə olunur.

Lent.az-ın verdiyi məlumata görə, millət vəkili Qüdrət Həsənquliyev büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı cinayət işinin açılmasını zəruri sayıb. O, büdcəyə nəzarət və büdcə komitəsi yaradılmasını təklif edib:” Milli Məclis müstəqil audit şirkətləri ilə müqavilələr bağlayıb, büdcə vəsaitlərinin xərclənməsinin yoxlanılmasını təşkil etməlidir”.

Spiker Oqtay Əsədov bildirib ki, Hesablama Palatası istintaq orqanı deyil: “Hesablama Palatası cinayət işi qaldırmır. Dövlət pulunun qaytarılması özü böyük işdir. Hər işdə hər kəsi içəri basmaq da düzgün olmaz axı”.

 





05.04.2013    çap et  çap et