525.Az

Hesablama Palatasının illik hesabatını qəbul edildi


 

Hesablama Palatasının illik hesabatını qəbul edildi<b style="color:red"></b>

Azərbaycan Milli Məclisi müzakirələrdən sonra Hesablama Palatasının illik hesabatını qəbul edib.

APA-nın məlumatına görə, müzakirələrdən sonra əvvəlcə palata sədri Heydər Əsədov deputatların irad və təkliflərinə cavab verib.
 
O qeyd edib ki, deputatlar Hesablama Palatasının fəaliyyətinə dair məsələlərə peşəkar şəkildə yanaşırlar: “Mən çıxışımda nağd və köçürmə yolu ilə bağlı maliyyənin qaytarılmasından danışdım, vergilər vasitəsilə qaytarılan vəsaitdən danışmadım. Bu 10 milyondan çoxdur. Bizim təqdimatımız əsasında Səhiyyə Nazirliyində mindən artıq çarpayı ixtisar edilib. Bu isə nə qədər vəsaitin xərclənməsinin qarşısını almaq deməkdir. Mən qeyd etdim ki, hadisələrin xarakteri qlobal deyil, lokal xarakterlidir. Vəsaitlərin qaytarılması məsələsi şəxsən mənim nəzarətimdədir. Biz vəsaitin qaytarılması zamanı prosesi foto və video ilə çəkirik, çalışırıq ki, bütün sahələri əhatə edək, günahı olmayan insanlar cinayət məsuliyyəti daşımasın. İş planımızı analitik təhlil əsasında hazırlayırıq. Burada bizə qarşı təzyiqlərin olmasına dair sual verildi. Bizə və kollektivə təzyiqlər olmayıb”.
 
Daha sonra hesabat səsə qoyularaq 103 lehinə, 2 nəfər əleyhinə olmaqla qəbul edilib.

 





05.04.2013    çap et  çap et