525.Az

DİN polisin intiharı ilə bağlı məlumat yaydı


 

DİN polisin intiharı ilə bağlı məlumat yaydı<b style="color:red"></b> Daxili İşlər Nazirliyi aprelin 4-də Ağdaş rayonunda baş vermiş intihar faktı ilə əlaqədar məlumat yayıb.
 
525.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, rayonun Kotanarx kəndi ərazisində "Türyançay" çayının sahilində, Ağdaş RPŞ-nin məzuniyyətdə olan əməkdaşı, polis serjantı Zöhrab Cavadov atasına məxsus ov tüfəngindən atəş açaraq özünü öldürüb.
 
Hadisə yerindən 1 ədəd ov tüfəngi götürülüb.
 
İlkin yoxlama prokurorluq tərəfindən aparılır.
 





05.04.2013    çap et  çap et