525.Az

Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadasının açılış mərasimi olub


 

Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadasının açılış mərasimi olub<b style="color:red"></b>

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıda Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadası (İNEPO-Avrasiya) Təşkilat Komitəsinin idarə heyəti tərəfindən mükafatlandırılıb. 

525.az-ın məlumatına görə, Leyla Əliyevaya mükafat bu gün "Çağ Öyrətim" İşlətmələri Şirkətinin Azərbaycan - Türkiyə Özəl Liseyləri Baş İdarəsinin təşkilatçılığı ilə Bakıda keçirilən Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadasının (İNEPO-Avrasiya) açılış mərasimində təqdim olunub. Mükafatın təqdimatından öncə Leyla Əliyeva çıxış edib. Tədbirdə təhsil naziri Misir Mərdanov, Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov, ARDNŞ prezidenti Rövnəq Abdullayev də layihə haqqında danışıblar.

Qeyd edək ki, beynəlxalq olimpiada Təhsil Nazirliyi, İDEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, İctimai Televiziya və Radio Yayımları Şirkəti, "Çağ Öyrətim" İşlətmələri Şirkəti və "İnepo-Avrasiya" Ekologiya İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

Bu il VII "İnepo Avrasiya" Ekologiya Olimpiadasında 45 ölkədən 500-ə yaxın iştirakçı yarışacaq. 2013-cü ildə Azərbaycanla yanaşı 45 xarici ölkədən 625 layihədən 22-si, Azərbaycanda isə 180 orta məktəbdən 214 layihə təqdim olunub. Onlardan 78-si növbəti mərhələyə keçib.

Olimpiadanın keçirilməsində məqsəd Azərbaycanda və dünyada artmaqda olan ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanılması mövzusunda gənc nəsli bilgiləndirmək, şagirdlərdə ekoloji süuru inkişaf etdirməkdir.

İki gün davam edəcək olimpiadanın qalibləri sabah mükafatlandırılacaqlar.

Sevinc QARAYEVA

 





05.04.2013    çap et  çap et