525.Az

Ovlanması mümkün heyvanların siyahısı hazırlanacaq


 

Ovlanması mümkün heyvanların siyahısı hazırlanacaq<b style="color:red"></b> Ekologiya və Təbii Sərvətlər Nazirliyi ov mövsümünə aşağı turizm mövsümü dövründə icazələrin verilməsi üçün müvafiq araşdırmalar aparacaq və ovlanması mümkün olan heyvanların siyahısını tərtib edəcək.
 
APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əksini tapıb.

Xəritədə göstərilir ki, turistləri cəlb etmək üçün bu heyvanların aşağı turizm mövsümü dövründə ovlanması təklif olunacaq.
 





17.12.2016    çap et  çap et