525.Az

Azərbaycanın döyüş təyyarələri cəbhə xətti üzərində uçuşlar keçirib


 

Azərbaycanın döyüş təyyarələri cəbhə xətti üzərində uçuşlar keçirib<b style="color:red"></b>

 Bu gün günorta saatlarında cəbhə xətti üzərində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin uçuşları olub.

APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, Hərbi Hava Qüvvələrinə məxsus 2 təyyarə Ağdam və Tərtər rayonları ərazisində, cəbhə xətti üzərində uçuşlar həyata keçirib.
 
Qeyd edək Ki, bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi qoşunların təmas xəttinin qarşı tərəfindən Bərdə istiqamətinə keçiblər. Onlar həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq təmas xəttinin qarşı tərəfində Ağdam rayonunun Ağdam-Bərdə yolu üzərində keçirilən monitorinqi izləyiblər.
 
Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi dünən qoşunların təmas xəttinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətdə olan hissəsindən işğal olunmuş Ağdərə istiqamətinə keçmişdilər.

 





05.04.2013    çap et  çap et