525.Az

“Həmsədrlər Ağdamda məsciddən başqa bütün tikililərin dağıdıldığını dedilər”


 

“Həmsədrlər Ağdamda məsciddən başqa bütün tikililərin dağıdıldığını dedilər”<b style="color:red"></b>

“ATƏT-in Minsk qrupunun həmsədrləri işğal altında olan Ağdam rayonunda hər yerin dağıdıldığını dedilər. Onlar bildirdilər ki, yalnız Ağdam məscidi tikanlı məftillərlə dövrəyə alınıb”.

APA-nın xəbərinə görə, bunu Ağdam rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov bu gün təmas xəttinin qarşı tərəfindən Bərdə istiqamətinə keçən ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib: “Mən ABŞ-dan olan həmsədrdən soruşdum ki, siz yenicə fəaliyyətə başlayan bir şəxs kimi Ağdam şəhərində edilən dağıntıları, vəhşilikləri gördünüzmü? O cavabında dedi ki, gördüm”.
 
N. Sadıqov ATƏT nümayəndələrinə son bir ayda ermənilər tərəfindən atəşkəsin pozulması halları barədə məlumat verdiyini də qeyd edib.
 

 





05.04.2013    çap et  çap et