525.Az

“Yeni telekanalın təsisçisi Rövnəq Abdullayev deyil”


 

“Yeni telekanalın təsisçisi Rövnəq Abdullayev deyil”<b style="color:red"></b> “Yeni açılacaq televiziyanın təsisçisinin SOCAR-ın prezidenti Rövnəq Abdullayev olması məlumatı yalandır. Bunu sizə tam əminliklə deyirəm”.

525.az-ın məlumatına görə, bu sözləri modern.az saytına açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov deyib. Lakin, o, yeni yaradılacaq televiziyanın rəhbərinin kim olması məlumatını açıqlamadı. “Vergilər Məcəlləsinə görə, bu kommersiya sirri olduğundan həmin şəxsin adını açıqlamaq hüququm yoxdur. Aprelin 3-də keçirilən iclasda “Caspian İnternational Broadcasting Company” MMC-yə peyk vasitəsilə televiziya yayımı üçün 6 illik lisenziya verilib. Qanunun tələbinə uyğun olaraq ən geci 6 ay müddətində peykə çıxmalı və yayımlanmalıdır”.
T. Məmmədov yeni yaradılacaq televiziyanın CİBC TV olaraq qeydiyyatdan keçdiyini bildirib. “MTRŞ-ya təqdim olunan sənədlərdə CİBC TV olaraq qeyd edilib. Ona Şuradan müsabiqəsiz lisenziya verilməsi qərarı alındı. Təqdim olunan sənədlərə əsasən onun texniki imkanlarının, avadanlıqlarının olması da nəzərə alınıb lisenziya verilib”.
 
Qeyd edək ki, bəzi KİV-lərdə yeni açılacaq televiziyanın SOCAR-a məxsus olduğu qeyd olunur və televiziyanın Rövnəq Abdullayevəı məxsus olması iddia edilir.
 





05.04.2013    çap et  çap et