525.Az

Avropa Şurasının proqram rəhbəri Mətbuat Şurasında


 

Avropa Şurasının proqram rəhbəri Mətbuat Şurasında <b style="color:red"></b> Avropa Şuranın İnformasiya Cəmiyyəti İdarəsinin proqram rəhbəri Leila Marşania Mətbuat Şurasında (MŞ) olub.
 
MŞ-dan APA-ya verilən məlumata görə, Şura sədri, millət vəkili Əflatun Amaşov bir qrup media nümayəndəsinin may ayında Avropa Şurasının struktur bölmələrində, Avropa İnsan Haqları Məhkəməsində keçirilən təlimlərə qatılmalarını, Bakıda və müxtəlif rayonlarında jurnalistlər üçün söz və ifadə azadlığının, peşəkarlığın müxtəlif aspektlərinə dair seminarların təşkilini konkret məqamlar kimi vurğulayıb.
 
L. Marşania da MŞ ilə birgə əməkdaşlıqdan məmnunluğunu bildirib. “İfadə azadlığı və media azadlığı” layihəsi çərçivəsində reallaşdırılmış təşəbbüslərin davamlılığının zəruriliyini vurğulayan qonaq təmsil etdiyi qurumun mövcud istiqamətdəki əməkdaşlıqda maraqlı olduğunu dilə gətirib.
 
Görüşdə media peşəkarlığının, söz və ifadə azadlığının müxtəlif tərəfləri ilə bağlı fikir mübadiləsi aparılıb, perspektiv əməkdaşlığın ayrı-ayrı cəhətlərinə diqqət yetirilib.
 





20.12.2016    çap et  çap et