525.Az

Ağdamda xor kollektivlərinin ənənəvi rayon müsabiqəsi keçirilir


 

Ağdamda xor kollektivlərinin ənənəvi rayon müsabiqəsi keçirilir<b style="color:red"></b>

Ağdamda uşaq musiqi və ümumtəhsil məktəblərinin xor kollektivlərinin ənənəvi rayon müsabiqəsi keçirilir.
 
Müsabiqənin məqsədi xor mədəniyyətinin qorunub saxlanılması və inkişaf etdirilməsi, uşaqlarda kiçik yaşlarından xor sənətinə maraq oyadılması, xormeysterlərin yaradıcılıq fəaliyyətinin artırılmasıdır.

İki mərhələdən ibarət müsabiqədə rayonun 10 ümumtəhsil və 8 uşaq musiqi məktəbinin xor kollektivləri iştirak edirlər. Xor kollektivləri müxtəlif xarakterli əsərlər, o cümlədən dünya musiqisindən nümunələr, Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnıları ifa edirlər.

Müsabiqənin sonunda fərqlənən xor kollektivləri mükafatlandırılacaqlar.

GÜNEL

 





05.04.2013    çap et  çap et