525.Az

Havanın temperaturu 29 dərəcəyə çatacaq


 

Havanın temperaturu 29 dərəcəyə çatacaq<b style="color:red"></b>

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın APA-ya verdiyi məlumata görə, səhər və axşam bəzi yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 7-12, gündüz 18-23, bəzi yerlərdə 26 dərəcəyədək isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12, gündüz 22-27, bəzi yerlərdə 29 dərəcə isti, dağlarda gecə 4-9, gündüz 12-17, bəzi yerlərdə 20 dərəcəyədək isti təşkil edəcək

 





06.04.2013    çap et  çap et