525.Az

Əhmədinejatı susduran sual


 

Əhmədinejatı susduran sual

Nyu-Yorkda mətbuat konfransı keçirən İran prezidenti Mahmud Əhmədinejat Avropa ölkələri ilə ABŞ-ı Suriyada müharibə törətməyə çalışmaqda ittiham edib.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Əhmədinejat Qərbi daha məsuliyyətli davranmağa çağırıb: "Suriya üçün iki yol var. Biri müharibədir, bu, bölgə ölkələrinə zərərdən başqa heç nə verməz. İkinci variant isə dialoqdur. Bizim də dəstəklədiyimiz bu yoldur".

Bu zaman Əhmədinejata bu sözləri ilə İnqilab Keşikçilərinin komandanı Məhəmməd Əli Cəfərinin Suriyada İran hərbçiləri olduğuna dair açıqlaması arasında ziddiyyət olub-olmadığı haqda sual verilib. İran prezidenti isə bu suala cavab verə bilməyib.

 





28.09.2012    çap et  çap et