525.Az

MTRŞ: "İTV ilə barışıq əldə oluna bilər"


 

MTRŞ: "İTV ilə barışıq əldə oluna bilər"<b style="color:red"></b> Yayımı İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) tərəfindən yarımçıq dayandırılan "Qarabağnamə" çoxseriyalı bədii televiziya filmi tamamlanaraq İTV-nin efirində yayımlanır.

Bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov məlumat verib. 
 
O qeyd edib ki, hazırda İTV-də yayımlanan "Qarabağnamə" çoxseriyalı bədii televiziya filmi təqdim olunmuş sinopsisə uyğundur:

"Bu səbəbdən də İTV ilə barışıq əldə oluna bilər".
 
Qeyd edək ki, 2017-ci il fevralın 9-da Ali Məhkəmədə hakim Azər Hüseynovun sədrliyi ilə İTV-nin MTRŞ-ya qarşı kassasiya şikayətinə baxılacaq.
 
Xatırladaq ki, MTRŞ İTV-də yayımlanan “Qarabağnamə” çoxseriyalı bədii televiziya filmini yarımçıq dayandırdığı üçün telekanala ayrılan vəsaitin geri qaytarılması barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi MTRŞ-nın iddiasını təmin edib.

Həmin qərarla razılaşmayan İTV Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi İTV-nin MTRŞ-ya qarşı şikayətini təmin etməyib.
 





21.12.2016    çap et  çap et