525.Az

Bakıda yeni metro stansiyası tikilir


 

Bakıda yeni metro stansiyası tikilir<b style="color:red"></b>

 Bakı Metropoliteninin Rusiyanın Mıtişşi zavodundan aldığı bir heyətlik – 5 vaqon texniki təchizatına görə əvvəlkilərdən xeyli fərqlənir. Bu vaqonlarda sərnişinlərin nəinki rahatlığı və təhlükəsizliyi, həm də sağlamlığı, yoluxucu xəstəliklərdən qorunması üçün texniki vasitələr quraşdırılıb.

«APA-Economics»in məlumatına görə, bu barədə metropolitenin rəisi Tağı Əhmədov bildirib.
 
Onun sözlərinə görə, hazırda sınaq müddəti keçən yeni vaqonlardan daha 3 heyət alınacaq və gələn il istifadəyə veriləcək «Avtovağzal», «Əcəmi-2» stansiyalarında istismara buraxılacaq.
 
T.Əhmədov bildirib ki, həmin stansiyalarla yanaşı, hazırda Hərbi Hospitalın qarşısında yerləşəcək stansiyada da tikinti işləri aparılır. Oradan isə Heydər Əliyev İdman-Konsert Kompleksinin yaxınlığında inşası üçün yer müəyyənləşdirilmiş stansiyaya doğru yeni tunel qazılacaq. «H.Aslanov» stansiyasından Yeni Günəşliyə çəkilən tunelin isə uzağı, 2016-cı ildə başa çatdırılacağı gözlənilir: «Hazırda Bakı metropolitenin 8 stansiyasında və 2 depoda tikinti işləri gedir. Ümumiyyətlə, metro tikintisinin ən qızğın vaxtlarında belə indiki sürət olmayıb», - deyə metropoliten rəisi bildirib.

 





08.04.2013    çap et  çap et