525.Az

Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur (davamı)


 

Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur<b style="color:red"> (davamı)</b>

Yalnız Çörçillin oğlan uşağı lətafəti İcmalar Palatasında diqqəti cəlb etdi. Lakin onun nitqi qüsurlu idi və heç vaxt bu qüsuru bütünlüklə yox edə bilmədi. Bu qüsur psixoloji utancaqlığından irəli gəlirdi. O, öz çıxışları ilə fərqləndiyini göstərirdi, onların üstündə nəhəng ağrılar keçirirdi, ekspromt çıxışları isə ona daha asan başa gəlirdi. Mühafizəkarların lideri lord Balfur onun haqqında demişdi ki, o, “ağır, lakin çox mobil olmayan (hərbi) topdur”. O, atasının cəzbedici tərcümeyi-halını “Lord Randolf Çörçill” əsərində (1906-cı il) yazdı. Həm də göstərirdi ki, onun özü toriliyi fərqli qaydada icra edir.

1904-cü ildə mühafizəkarlar hökuməti özünün müstəmləkə katibi Cozef Çemberlenin tarixə açıq müdaxilə etməsi dilemması qarşısında qalmışdı. Çörçill azad ticarət tərəfdarı olmaqla, “Azad Ərzaq Liqasının” yaradılmasına kömək edirdi. 1904-cü ildə o, Palatanın döşəməsi ilə addımlayıb, liberallar arasında oturdu, burada o, Çemberlenə və Balfura qarşı öz cəsarətli çıxışlarını təzələməli oldu. 1906-cı il ümumi seçkilərində o, Mançesterdə yaxşı qələbə çaldı və yeni liberal hökumətdə nazirlik karyerasına başladı, müstəmləkələr üzrə dövlət katibinin müşaviri oldu. O, tezliklə Cənubi Afrikada barışıq və özünüidarə siyasətini müdafiə etdiyinə görə etimad qazandı. 1908-ci ildə baş nazir Herbert H.Askvitin başçılığı altında hökumət yenidən qurulduqda, Çörçill Ticarət Şurasının prezidentliyinə irəli çəkildi, ticarət və sənaye naziri vəzifəsini tutdu. O, sosial islahatlar aparılmasının yenilməz tərəfdarı idi, 1908-ci ildə o, Minimum əmək haqqı barədə qanunun qəbul edilməsinin təşəbbüsçüsü oldu. Həmin ili o, gözəl Klementina Höznerə evləndi.

1909-cu ildə Çörçill Büdcə Liqasının prezidentinə çevrildi. Həqiqətən də o, öz sinfinin xaini adlanmaqla, torinin düşmənçiliyini qazandı. Onun 1910-cu ilin iki baş seçkisindəki kampaniyası ona geniş populyarlıq gətirdi. Kabinetdə onun mükafatı daxili işlər katibi vəzifəsinə irəli çəkilməsi oldu. Burada o, dustaqxana islahatında mahiyyətcə nailiyyətlər qazansa da, özünü sənaye buntlarını və zorakı tətilləri yatırtmağa həsr etdi. Bu onu ictimai qaydanın təşkilatçısı olmaq həddlərindən uzağa apardı. Buna görə də o, ağır haqq ödəməli oldu.

O, 1910-cu ildə daxili işlər naziri vəzifəsini icra edəndə Londonda zərgərlik mağazası qarət edilmişdi. Qarət vaxtı iki polis nəfəri həlak olmuş, biri isə yaralanmışdı. Cinayətkarların bir evdə olduqları məlum olduqda, əməliyyat başlandı. Onlar qızğın müqavimət göstərirdilər, bir polis öldürüldü, ikisi isə yaralandı. Çörçill hadisə yerinə gəlib əməliyyata rəhbərliyi öz üzərinə götürdü. Evdə sığınacaq tapmış cinayətkarlarla atışma nəticəsində orada yanğın başlandı. Çörçill yanğını söndürməyi qadağan etdi. Ev yanıb qurtardıqda uçuqların altından iki yanmış cəsəd tapıldı. Bandanın başçısı isə qaçmışdı. Balfur Çörçillin qəzetdəki şəklini gördükdə demişdi: “O, (Çörçill) və fotoqraf özlərinin çox qiymətli həyatları ilə risq etmişlər. Fotoqrafın nə etdiyini mən başa düşürəm, görən bu ləyaqətli centlmen orada nə edirmiş?”

1911-ci ildə o, Admiralteyə keçdi, bu keçid formal qaydada vəzifədən aşağı salınma idi, çünki Daxil İşlər Nazirliyi üç daha vacib hökumət idarələrindən biri hesab olunurdu.

1911-ci ildə Mərakeş limanı Aqadirə hərbi gəmi göndərməklə Almaniyanın provokasiya xarakterli hərəkəti, bu limana Fransanın iddiası mövcud idi, Çörçilli inandırdı ki, istənilən fransız-alman böyük konfliktində Britaniya Fransanın tərəfində olmalıdır. 1911-ci ilin oktyabrında Admiralteyə keçəndə, o, ləngimədən hərbi donanmanı hazırlıq dərəcəsinə qaldırmaq inamı ilə hərəkət etdi. Onun birinci vəzifəsi donanmanın müharibə qərargahını yaratmaq idi. Çörçill Britaniyanın alman hərbi-dəniz qüvvələrini möhkəm şəkildə üstələməsi üçün Britaniya tarixində ən iri hərbi-dəniz xərclərinə nail olmaqdan ötəri Kabinetdə uğurlu qaydada mübarizə apardı. Birinci Dünya müharibəsindən əvvəlki narahat illərdə digər siyasətlər üçün hökumətin məsuliyyətinə şərik olmaqdan özünü uzaqlaşdırdı. Onun vərəsə kimi qəbul etdiyi İrlandiyaya baxışın əksinə olaraq, daxili idarəetmədə sidq-ürəklə liberal siyasəti həyata keçirirdi.

Birinci Dünya müharibəsi Çörçill üçün təəccüblü bir şey deyildi. O, artıq hərbi-dəniz qüvvələrini səfərbərlik sınağından keçirmişdi.

Almaniyaya müqavimət göstərmək lüzumuna Kabinetin bütün nazirlərindən ən çox təkid edən də o, idi. 2 avqust 1914-cü ildə öz üzərinə məsuliyyət götürməklə, müharibə elan edilən günə tam hazır olmaq üçün o, hərbi-dəniz qüvvələrini səfərbər etmək əmrini verdi. Müharibə Çörçillin bütün enerjisindən istifadə etdi. 1914-cü ilin oktyabrında Antverpen təslim olduqda o, şəxsi qaydada şəhərin müdafiəsini təşkil etməyə atıldı. Şəhər işğal edildikdə ictimaiyyət yalnız arzuları puç edən məğlubiyyəti görməli oldu. Müqavimətin, demək olar ki, bir həftəliyə uzanması Belçika ordusunun aradan çıxmasına, həlledici La-Manş boğazı limanlarının xilas olunmasına şərait yatardı.

1915-ci ildə Çörçill Dardanel ekspedisiyasının möhkəm tərəfdarına çevrildi, bu, Qərb cəbhəsində baha başa gələn pat vəziyyətindən çıxmaq yolu idi. Birinci dəniz lordu Fişer bu planı bəyənmirdi. Kampaniya boğazlara hücum etmək və Rusiya ilə birbaşa kommunikasiyaları açmaq məqsədini güdürdü. Donanma hücumu uğursuz olduqda və admiral de Robel tərəfindən geri çağırıldıqda, Askvit Çörçilldən çox de Robeli dəstəklədi.

Çörçill ağır siyasi hücuma məruz qaldı, hücumlar Fişer istefa verdikdən sonra daha da gücləndi. Departamentin işləri ilə möhkəm məşğul olduğundan Çörçill tufan üçün tam hazır deyildi. Mühafizəkarlar Lankaster hersoqunun xeyrinə Çörçillin Admiralteydən uzaqlaşdırılmasına israr etdilər. Burada ona Qalliopoli kampaniyasına görə xüsusi məsuliyyət qoyuldu (boğazlara qurudan hücuma görə), lakin ona birbaşa səlahiyyət verilmədi. Əlavə qüvvə olduqca az idi və çox gecikmiş idi. Kampaniya uğursuz oldu və itki çox ağır idi. Payızda evakuasiya əmri verildi.

1915-ci ildə Dardaneldə britaniya-fransız hücumu uğursuzluğa uğradıqda, Uinston Çörçill dəniz naziri vəzifəsindən getdi və hərbi xidmətə qayıtdı. Baş nazir Herbert Henri Askvit Kabineti yenidən təşkil edib, milli koalisiya hökumətinə çevirdi. Çörçill Fransada 6-cı Royal Şotland Fuzilerlərinə polkovnik-leytenant rütbəsində daxil oldu. 1916-cı ildə özəl üzv kimi parlamentə qayıtdı. 1917-ci ilin martında Dardanel komissiyasının məlumatı dərc olundu, sənəd onun biabırçı məğlubiyyət üçün ən azı başqa kolleqalarından heç də çox qaydada məzəmmət olunmağa layiq olmadığını nümayiş etdirdi.

Çörçillin 1917-ci ilin iyununda hərbi sursat naziri təyin edilməsi torilərin etiraz tufanı ilə qarşılaşdı. Kabinetdən xaric edildiyindən, Çörçillin rolu, demək olar ki, bütünlüklə inzibatçılıq idi. Onun güclü enerjisi tank istehsalından və onun inkişafından uzağa gedirdi (tank istehsal edilməsi təşəbbüsü ilə o, hələ Admiralteydə olanda çıxış etmişdi). Bu həmin silahdan istifadəni xeyli sürətləndirdi və Qərb cəbhəsindəki ağır vəziyyətə son qoydu. Müharibə qurtaranda Çörçill xidmət departamentinə qayıtdı. 1919-cu ilin yanvarında o, Müharibə katibi (Müdafiə naziri) oldu, həm də Royal Hava Qüvvələri üçün məsuliyyəti öz üzərinə götürdü. Burada o, çox həvəslə çalışırdı, “on il qaydası” ideyası üçün işləyirdi. Buna görə Britaniya sonrakı on il ərzində hansısa iri müharibə aparmayacaqdı. Müdafiə naziri vəzifəsində onun əsas məşğuliyyəti inqilabi Rusiyaya müttəfiqlərin müdaxiləsi idi. Çörçill qızğın anti-bolşevik idi, Kabineti bölünməkdən və sərbəst qaydada təşkil olunmaqdan qoruyurdu. Ona görə də leyboristlərin acı düşmənçiliyini qazandı. 1920-ci ildə isə axırıncı Britaniya qüvvələri Rusiyadan geri çəkildikdən sonra, Çörçill orduları Ukraynaya müdaxilə edən Polşaya göndərdi.

1921-ci ildə Çörçill Müstəmləkə Nazirliyinə keçdi, burada onun əsas marağı Şərqdəki ərazilərin mandatları ilə əlaqədar idi. Bu zonada baha başa gələn Britaniya qüvvələrinin saxlanması əvəzinə o, dayaq nöqtəsi kimi hərbi-hava qüvvələrindən istifadə etdi. Ərəblərin işlərini həll etməkdə o, məşhur casus T.E.Lourensin məsləhətinə arxalanırdı. Fələstin üçün o, yəhudilərlə ərəblərin münaqişəli vədlərini miras götürmüşdü. 1922-ci ildə o, “Ağ Kağız” yazdı, bu, Fələstini yəhudilərin milli vətəni hesab edirdi. Bu vaxt həm də ərəblərin hüquqlarını tanımaqda davam edirdi.

Hələ də davam edən İrlandiya probleminin həlli üçün Çörçill heç vaxt vəzifə məsuliyyətini daşımalı olmamışdı. 1921-ci ildə irland müqaviləsinin bağlanması üçün danışıqlarda fəal rol oynamışdı, ona görə də yeni irland hökumətinə tam dəstək verdi. İrland lideri Maykl Kollinz demişdi: “Uinstona deyin ki, onsuz biz heç vaxt heç nə etməyəcəyik”.

1922-ci ilin payızında türklərin qiyamı Dardanel neytral zonasını yenidən işğal etmək vəzifəsini qoydu. Az saylı Britaniya qoşunu Çanakda (indi Çanakkala adlanır) bu zonanı qoruyurdu. Çörçill onlara qarşı möhkəm dayanmaq lüzumunu irəli sürürdü, lakin Kabinet ictimai rəyi əsas götürərək belə qərara gəldi ki, baş döyüş risqli olacaqdır. Siyasi qarmaqarışıqlıq hökuməti viran qoydu, Çörçill daha pis itkilərdən birinə çevrildi. Əlavə qüvvələrin qəflətən hücumunu o, seçkilərə iki gün qalmış başlamağı bacarmadı. O, seçkilərdə 10 min səslə alçaldıcı qaydada məğlub oldu. O, özünün dediyi kimi, nəticədə bütünlüklə “vəzifəsiz, kreslosuz, partiyasız və hətta hansısa əlavəsiz” qaldı.

Siyasi gücsüzlük Çörçilli fırçaya və qələmə qaytardı. Onun rəsmləri heç vaxt istedadlı həvəskar səviyyəsindən yuxarı qalxmadı. Lakin yazıları bacarığı ilə birlikdə onu siyasətin tələb etdiyi müstəqillik brendi ilə təmin etdi. Avtobioqrafik müharibə tarixi olan “Dünya böhranı” əsəri 20 min funt sterlinqlik qazanc gətirdi. Bu vaxtdan etibarən o, Keltdə yamağa başladı. O, siyasətə qayıtdıqda anti-sosialist səlibçi idi, lakin 1923-cü ildə Stenli Bolduin proteksionist proqram ilə aparıcı mühafizəkar olduqda, Çörçill Lesterdə azad, liberal tacir idi. O, 4 min səs itirdi, azlıqdakı leyborist hökumətini dəstəkləmək barədə Askvitin qərarı Çörçillin daha sağ tərəfə keçməsinə səbəb oldu.

1924-cü ilin ümumi seçkilərində o, asanlıqla qələbə çaldı. Bolduin Çörçillə icraiyyə kansleri vəzifəsini təklif etdi. Çörçill təklifi qəbul etdi.

Sonrakı beş ildə Çörçillin erkən liberalizmi yalnız sərt laisser-faire (hökumət müdaxilə etmədən) iqtisadiyyatının tərəfdarı olmaqda üzə çıxdı. O, maliyyə işləri üçün təbii istedada malik deyildi, görkəmli iqtisadçı Con Moynard Keyns onu amansız qaydada tənqid edirdi, qəbul etdiyi məsləhət isə ortodoks və zəruri xarakter daşıyırdı. İlkin hərəkəti qızıl standartını bərpa etmək oldu. Bu məhvedici tədbir olmaqla deflyasiyaya, işsizliyə və 1926-cı ilin ümumi tətilinə aparan şaxtaçıların tətilinə yol açdı. Çörçill ümumi tətilə kvaziinqilabi tədbir kimi baxırdı və danışıqlarla məsələnin həllinə böyük müqavimət göstərirdi. Onun relikt xüsusiyyətli radikalizmi həm də səhiyyə naziri Nevil Çemberlenə sosial xidmətlərin ehtiyatlı genişlənməsi sahəsində müttəfiqlik etməsi idi, bu, əsasən dul qadınların pensiya təminatını əhatə edirdi.

1929-cu ildə hökumət yıxıldıqda Çörçillə tori-liberal birləşməsi xoş gəldi və Bolduinin azlıqdakı leyborist hökumətini qəbul etmək qərarına təəssüfünü bildirdi. Hindistan liderləri ilə Dəyirmi Masa konfransının aparılmasını Bolduinin təsdiq etməsinə görə Çörçill kölgə kabinetindən çıxdı və özünü Hindistan qanuni hökuməti əleyhinə ehtiraslı, bəzən isə hay-küylü kampaniyaya atdı. Bu qanun Hindistana dominyon hüququ verirdi.

Beləliklə, 1931-ci ildə milli hökumət formalaşdı, buna dəstək verən olmasına baxmayaraq, Çörçill onun şurasının qurulmasında nə ələ, nə də yerə malik olmadı.

Bu situasiyada o, yüngüllük tapdı. Bunun faydasını öz əsəri olan “Malboro: onun həyatı və dövrü” təsvir edir və XIX əsr tarixçisi Tomas Babinqton Makaleyin tənqidinə qarşı öz əcdadını güclü surətdə reabilitasiya edir. Hitler Almaniyasının təhlükəsinin böyüdüyünə görə də onun qayğısı və Hindistana görə onun təşvişi artırdı. O, alman təhlükəsinin ciddi olduğunu ardıcıl olaraq qeyd edirdi. Royal Hava Qüvvələri ilə Lyuftvaffenin bərabərliyə çatmasının qarşısını almağa ciddi ehtiyac olduğunu diqqətə çatdırırdı. 1935-ci ildə Bolduin baş nazir vəzifəsini tutduqda, o, Çörçillin vəzifədən getməsini təkid etdi və ona hava hücumundan müdafiə üzrə məxfi komitədə üzvlüyün müstəsna imtiyazını verdi. Bu onu bəzi həyati milli problemlərin həlli üzərində işləməyə qadir etdi. Lakin Çörçill bu sahədəki cəhdlərində elə də böyük uğur qazanmadı.

(Ardı var)

 





08.04.2013    çap et  çap et