525.Az

"Wikileaks" növbəti bombanı partlatdı


 

"Wikileaks" növbəti bombanı partlatdı<b style="color:red"></b>

Qalmaqallı "Wikileaks" saytı növbəti dəfə Amerika Birləşmiş Ştatlarına məxsus məxfi sənədləri dərc edib. Bu dəfə 1973-1976-cı illərdə ABŞ kəşfiyyatına və diplomatik xidmətinə məxsus 1,7 milyondan çox məxfi sənəd açıqlanıb. Bu işin bir hissəsini ötən ilin iyunundan bəri Londondakı Ekvador səfirliyində sığınacaq tapan "Wikileaks" rəhbəri Culian Assanj şəxsən görüb.

Dərc olunmuş sənədlərin bir qismi sözügedən illərdə ABŞ-ın dövlət katibi Henri Kissincerə ünvanlanıb və ya onun tərəfindən yazılıb. Sənədlərin əksəriyyətində "açıqlanmamalı" qeydi edilib, bəziləri isə "məxfi" statusuna malik olub. "Wikileaks" saytında bu sənədlərin toplusu "ABŞ diplomatiyasının ictimai kitabxanası" adı altında təqdim edilib.

Xatırladaq ki, hələ ötən il Culian Assanj "onu qorxuda bilməyəcəklərini" bəyan etmiş və 2013-cü ildə bütün dünya ölkələrinə aid olacaq milyona yaxın sənəd yayacağına vəd vermişdi.

Qeyd edək ki, "Wikileaks" saytı daha əvvəl də ABŞ-ın İraq və Əfqanıstan müharibələrinə, eləcə də Dövlət Departamentinin səfirliklərlə yazışmalarına dair məxfi sənədləri yaymışdı.

anspress

 





08.04.2013    çap et  çap et