525.Az

Ölməzlik - (şeir)


 

Ölməzlik - <b style="color:red">(şeir)</b>

Milli Qəhrəman Ələkbər Əliyevin xatirəsinə

İlk dəfə Həkəri sahilində mən,
Öz doğma yurdunda, öz elində mən
Əsgər geyimində görmüşəm Onu -
Vətəndaş  Ələkbər Həsən oğlunu.

Qalıb yaddaşımda buludlu səhər,
Cəsurlar sıraya düzülmüşdülər;
Xoş sözü dilimin ucunda qalıb,
Əlinin istisi ovcumda qalıb.

Andına, işinə rəvac verərək,
Türklərdən tələsib Laçın tərəfə;
Xeyli yırtıcını yerə sərərək,
Özü həmişəlik düşdü tarixə.

Adını, eşqini bu gün şəhidin
Can, ömür sirdaşı Reyhan yaşadır;
Xəyal bəy, Xəyalə, Esmira, Ruhin,
Ata sevgisini hər an yaşadır.

Fikrimdən keçəni  cahana deyim:
Getməyib ardınca şöhrətin, şanın;
Bakıda əbədi məskunlaşanın
Yaşı otuz yeddi qalacaq daim.

Ölkələr dolaşsın nikbin səs-səda:
Gələcək - uğurlu zəfərli çağdır.
Ələkbər yurd yeri Muradxanlıda
Möhtəşəm heykəltək ucalacaqdır!

 





22.12.2016    çap et  çap et