525.Az

Havanın temperaturu 30 dərəcəyədək yüksələcək


 

Havanın temperaturu 30 dərəcəyədək yüksələcək <b style="color:red"></b> Aprelin 9-da Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu və əsasən yağmursuz keçəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova açıqlamasında deyib ki, bəzi yerlərdə duman olacaq. Axşam buludluğunun artacağı gözlənilir. Cənub küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-13, gündüz 18-23, bəzi yerlərdə 26 dərəcə olacaq.
 
Sabah bölgələrdə də hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı və şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək və gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 23-28, bəzi yerlərdə 30, dağlarda gecə 7-11, gündüz 16-21, bəzi yerlərdə 24 dərəcə isti təşkil edəcək.
 
Aprelin 9-da Abşeron yarımadasında mülayim isti yaz havası meteohəssəs insanlar üçün əlverişli olsa da, aprelin 10-da güclü xəzri küləyi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
 





08.04.2013    çap et  çap et