525.Az

Polad Alemdarın bilinməyən sirləri


 

Polad Alemdarın bilinməyən sirləri<b style="color:red"></b>

Əfsanəvi “Kurtlar Vadisi” serialının baş qəhrəmanı Polad Alemdar obrazını canlandıran Necati Şaşmaz TRT-də bir proqrama qonaq olub. Lent.az xəbər verir ki, Şaşmaz proqramda özü ilə bağlı maraqlı açıqlamalar verib. O, gündə ən az 50 stəkan çay içdiyini deyib: “Bəzən bu rəqəm 80-ə də çıxır. İndi siz mənim halımı təsəvvür eləyin. Ancaq son zamanlar çalışıram ki, 30 stəkandan çox olmasın”.

Aktyor çəkiliş meydançasında öz işindən başqa işlər də gördüyünü söyləyib: “Məsələn, Suriyaya çəkiliş üçün 8 nəfərlik heyətlə getdik. Orda mən kabel, kamera belə daşıyırdım, əl-ayaq işlərinə baxırdım”.
 
Şaşmaz 2001-ci ildə Amerikaya getməyə hazırlaşdığını, amma son anda planını dəyişdirdiyini söyləyib: “Sentyabrın 11-də, məlum terror hadisəsinin törədildiyi gün Amerikaya getməliydim, Amma iş elə gətirdi ki, bu hadisə baş verdi və mən Kanadaya getmək məcburiyyətində qaldım. Heç bir kəlmə də ingiliscə bilmədiyim halda Kanadaya getdim. Aktyorluğu bilmədiyimi halda bu işi gördüm. Bezmədən, yorulmadan öz üzərimdə çalışdım və bu yerlərə gələ bildim”.

O, aktyorluq karyerasını başa vursa, başqa işlər görə biləcəyini vurğulayıb: “Kitab, şeir yaza bilərəm, musiqi bəstələyərəm...”

 





08.04.2013    çap et  çap et