525.Az

Beynəlxadq olimpiadanın qalibləri mükafatlandırılıb (Foto)


 

Beynəlxadq olimpiadanın qalibləri mükafatlandırılıb<b style="color:red"> (Foto)</b>

Bakıda məktəblilərin ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş “Ətraf mühitin mühafizəsi” VII Beynəlxalq Layihə Olimpiadası (“İnepo-Euroasia”) qaliblərinin mükafatlandırılması mərasimi olub. Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən mükafatlandırma mərasimində müvafiq hökumət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, təhsil işçiləri iştirak ediblər.

İlk olaraq çıxıh edən “Çağ” Öyrətim İşlətmələri Şirkəti Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Məsud Kurnaz ümummilli lider Heydər Əliyevin ekologiyanın, ətraf mühitin mühafizəsinə daim böyük önəm verdiyini xatırladıb. Bildirib ki, ulu öndərin ideyaları hazırda prezident İlham Əli       yev tərəfindən uğurla davam etdirilir. Beynəlxalq olimpiada barədə məlumat verən M.Kurnaz qeyd edib ki, Azərbaycanın Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İDEA (İnternational Dialogue for Environmental Action) - Ətraf Mühitin Qorunması üzrə Beynəlxalq Dialoq Kampaniyası, Dövlət Neft Şirkəti, İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Çağ” Öyrətim İşlətmələri Şirkəti və “İnepo–Euroasia” Ekologiya İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən olimpiadaya dünyanın 45 ölkəsindən (Azərbaycan, Türkiyə, Almaniya, Macarıstan, İndoneziya, Qazaxıstan, Laos, Böyük Britaniya, Rusiya, Malayziya, Bolqarıstan, Pakistan və s.) 500-dək məktəbli qatılıb. Olimpiadanın məqsədi dünyada, o cümlədən Azərbaycanda mövcud ekoloji problemlərin həlli, eləcə də ətraf mühitin mühafizəsi istiqamətində gənc nəsli məlumatlandırmaq, ekoloji bilikləri inkişaf etdirməkdir.

Millət vəkili Qənirə Paşayeva belə möhtəşəm tədbiri təşkil edənlərə öz minnətdarlığını bildirib. Onun sözlərinə görə, belə yarışlar həm də yeni dostluqlarının əsasını qoyur.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev isə çıxışına bu sözlələ başlayıb: "Belə bir deyim var: sağlam bədəndə sağlam ruh olar. Həmin sağlam bədən də sağlam mühit olan yerdə formalaşır. Bu sağlam mühit üçün isə hər birimiz çalışmalıyıq". Onun sözlərinə görə, hazırda bəşəriyyəti narahat edən 2 problem varsa, onlardan birincisi ekologiyadır. Çıxışının sonunda ekologiya ilə bağlı belə bir olimpiadanın ölkəmizdə keçirilməsinin artıq ənənəyə çevrildiyini bildirən Firdovsi müəllim dedi: "Ümid edirəm ki, bu ənənə bundan sonrakı illərdə də davam etdiriləcək".

Qeyd edək ki, iştirakçıların təqdim etdikləri layihələr münsiflər heyəti tərəfindən qiymətləndirilib, qaliblər müəyyənləşdirilib.  Yekun nəticəyə əsasən, I yeri tutanlar qızıl, II yeri tutanlar gümüş, III yeri tutanlar isə bürünc medallara layiq görülüblər. Sonra qaliblərə mükafatlar təqdim olunub.

Təhsil naziri Misir Mərdanov bu tədbiri bayram tədbiri kimi xarakerizə etdi. Ölkəmizdə ətrafa mühitə qayğının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu və hazırda bu işin ölkə başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayan təhsil naziri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın da ekoloji problemlərin həllinə, ətraf mühitin qorunması məsələlərinə daim xüsusi əhəmiyyət verdiyini bildirdi. Daha sonra o dedi: "Azərbaycan iki gün ərzində beynəlxalq tədbirə ev sahibliyi etdi. Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadası ("İnepo-Avrasiya") ölkəmizdə məktəblilər arasında indiyədək keçirilən bilik yarışmaları sırasında coğrafiyasına görə ən geniş yarışma idi.
Tədbirdə Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadasının ("İnepo-Avrasiya") 4 (enerji, mühəndislik, ətraf mühit, sosial) kateqoriya üzrə fərqlənmiş qaliblərinə qızıl, gümüş, bürünc medallar təqdim olundu. Onlara mükafatları təhsil naziri Misir Mərdanov, millət vəkili Qənirə Paşayeva, Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Rəfiqə Hüseynzadə, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Türkiyənin ölkəmizdəki səfiri Alper Coşkun, "Çağ" Öytətim İdarə Heyətinin sədri Ənvər Özərən təqdim etdilər.

S.Qarayeva

 





08.04.2013    çap et  çap et