525.Az

Əsgərin ölümü ilə bağlı rəsmi açıqlama


 

Əsgərin ölümü ilə bağlı rəsmi açıqlama<b style="color:red"></b>

“Axı maraq nə ola bilər ki, bıçaqla intihar edən əsgərin güllə ilə öldüyünü deyək?”

“Bizim üçün hər bir əsgərin ölümü itkidir və buna görə məsluliyyət daşıyan da, ittihamlara məruz qalan da bizik. Axı maraq nə ola bilər ki, bıçaqla intihar edən əsgərin güllə ilə öldüyünü deyək?”.

Bunu “Qafqazinfo”nun sorğusuna cavab olaraq müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroglu bir neçə gün əvvəl intihar edən əsgər Elman İmanovla bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirərkən deyib. Mətbuatda yayılan məlumatlarda bildirilir ki, əsgər “ştıknojla” vurulub və qətlə yetirilib. İddiaya münasibət bildirən nazirlik rəsmisi deyir ki, intihar edən əsgər Elman İmanov başqa biri tərəfindən vurulubsa bunu nə üçün gizlətməliyik?:
 
“Valideynlərin dərdini, acısını başa düşürük. Lakin əsgər ölümündən başqa məqsədlər üçün istifadə edənlərin və buna nəyin bahasına olursa-olsun don geyindirənlərin əməlləri başa düşülmür. Əsgərin ölmünü nazirliyin daxili təhqiqat idarəsi, hərbi tibbi ekspertiza, hərbi polis və nəhayət prokurorluq araşdırır. Bu qurumlar niyə yalan danışmalı və məsuliyyətin altına girməlidirlər? Əlində heç bir dəlil-sübutu, ekspertiza rəyi olmadan və araşdırma aparan qurumların mövqeyini öyrənmədən belə məlumatı vermək nə həmin mətbuat orqanına, nə ordumuza, nə də dövlətimizə xeyir gətirmir, əksinə düşmənə əlavə impuls verir”.

Xatırladaq ki, Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Tərtər rayonunda yerləşən N saylı hərbi hissənin əsgəri İmanov Elman Yaqub oglu postda olarkən tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində həlak olub.

 





08.04.2013    çap et  çap et