525.Az

“Heydər Əliyev və müstəqil Azərbaycan” müsabiqəsinin qalibləri mükafatlandırıldı


 

“Heydər Əliyev və müstəqil Azərbaycan” müsabiqəsinin qalibləri mükafatlandırıldı<b style="color:red"></b>

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci il dönümünə həsr edilən jurnalistlər arasında “Heydər Əliyev və müstəqil Azərbaycan” adlı məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb.
 
“Azərtac” xəbər verir ki, müsabiqə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Dünya Türk Gənclər Birliyi və Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardımı İctimai Birlikləri tərəfindən keçirilib.

Mükafatlandırma mərasimini Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Çıxış edənlər bildiriblər ki, müstəqilliyi qoruyub saxlamaq, onu qazanmaqdan qat-qat çətindir. Azərbaycanın əldə etdiyi müstəqillik çox çətin başa gəlmiş olsa da, xalqımız ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə bu müstəqilliyi qoruyub saxlaya bilir, tarixin ən ağır sınaqlarından uğurla çıxmağa nail olub. Layihənin məqsədi tarixin çətin mərhələlərindən keçən Azərbaycanın, əldə etdiyi müstəqillik tarixinin daha geniş təbliği və bu müstəqillikdə ulu öndər Heydər Əliyevin əvəzsiz rolu haqqında yeni biliklərin əldə olunmasına xidmət göstərib.

Diqqətə çatdırılıb ki, müsabiqəyə noyabrın 14-də start verilib. Yazılar nömrələnərək, anonim şəkildə münsiflərə təqdim olunub və qalib müvafiq qiymətləndirməyə əsasən müəyyənləşdirilib. Müsabiqənin xüsusi şərti isə ondan ibarət idi ki, jurnalistlərdən yeni yazı tələb olunmurdu. Yəni, jurnalistlər 2016-cı il ərzində bu mövzuda dərc edilən yazılarını müsabiqəyə təqdim edə bilərdilər.

Sonra mükafatlandırma mərasimi keçirilib. Müsabiqənin şərtlərinə əsasən I yerin qalibinə 1000, II yerin qalibinə 800, III yerin qalibinə isə 600 AZN məbləğində mükafat verilib. Bundan başqa, müsabiqədə 4 həvəsləndirici yer müəyyənləşdirilib ki, onların da hər birinə 300 AZN təqdim olunub.

 





25.12.2016    çap et  çap et