525.Az

Rusiyadakı Azərbaycan cəmiyyətindən çağırış: Aprelin 13-ü evdən çıxmayın


 

Rusiyadakı Azərbaycan cəmiyyətindən çağırış: Aprelin 13-ü evdən çıxmayın<b style="color:red"></b> Aprelin 13-də Rusiyanın bir sıra şəhərlərində “Qəzəb Günü” aksiyaları keçiriləcək.

Lent.az-ın verdiyi məlumata görə, Rusiyada fəaliyyət göstərən Müslüm Maqomayev adına Azərbaycan Gəncləri İttifaqı azərbaycanlıları həmin gün evdə qalmağı, ehtiyac olmadan evdən çıxmamağa çağırıb.
Aksiyalar “Zenit” klubunun azarkeşinin ölümünün ildönümü münasibəti ilə keçirilir. Müslüm Maqomayev adına Azərbaycan Gəncləri İttifaqı bu aksiyalarda 2010-cu ildəki hadisələrin təkrarlanması ehtimalının olduğunu vurğulayıb.

Həmin vaxt “Qəzəb Günü”nü qeyd edən ultra-millətçilər Rusiyanın şəhərlərində azərbaycanlılara və orta asiyalılara hücum etmişdilər. Nəticədə bir neçə həmyerlimiz döyülmüşdü və xəsarət almışdılar.
 





08.04.2013    çap et  çap et