525.Az

Ermənipərəst türk qəzeti azərbaycanlı diplomatı ölkədən qovmaq istəyir


 

Ermənipərəst türk qəzeti azərbaycanlı diplomatı ölkədən qovmaq istəyir<b style="color:red"></b>

Tükiyənin tanınmış qəzeti azərbaycanlı diplomatı ölkədən qovmaq istəyir. Buna səbəb azərbaycanlı diplomatın “Sarı gəlin”in erməni mahnısı kimi təqdim edilməsinə etiraz olaraq, jurnalisti təhqir etməsi göstərilir. Türkiyənin “Radikal” qəzetinin Ankara şöbəsinin müxbiri Deniz Zeyrek Əhməd Davudoğluya şikayət məktubu göndərib.

Azxeber.com portalının qəzetin internet saytına istinadən verdiyi məlumata görə, buna səbəb qəzetin sponsorluğu ilə təşkil edilmiş musiqi festivalında Azərbaycan xalq mahnısı “Sarı gəlin”in erməni mahnısı kimi təqdim edilməsidir.

Dezin Zeyrek qəzetin dünən yayımlanan “Davutoğlu'nun 'ayrımcı diplomat' sınavı” adlı köşəsində bu barədə yazıb. O, qeyd edib ki, Azərbaycan səfirliyinin əməkdaşı Elsevər Salmanov “Sarı gəlin” mahnısının erməni mahnısı kimi təqdim olunmasından qəzəblənərək “Radikal” qəzetinin əməkdaşlarına “hepiniz ermənisiniz, hepiniz bicsiniz” deyib.

Türkiyəli jurnalist Elsevər Salmanovun bu ifadəsini özünə yox, erməni xalqına təhqir kimi yozub: “Radikal”ın Ankara təmsilçisi olaraq əvvəlcə bu ifadələrin diplomatik etikadan kənar olduğunu ona xatırlatdım. Əvəzində “ermənilərə xidmətə davam edin” cavabını aldım", - deyə müəllif bildirir.

Dezin Zeyrek məsələylə bağlı nazirlikdən hansısa radikal addım gözlədiyini yazıb. O, bu hadisənin Davudoğlu üçün də bir sınaq olduğunu bildirib.

Qeyd edək ki, Türkiyənin “Radikal” qəzeti dəfələrlə Azərbaycanla bağlı məsələlərdə hər zaman erməni mövqeyi ilə seçilib.

anspress

 





08.04.2013    çap et  çap et