525.Az

Marqaret Tetçer vəfat etdi (Yenilənib)


 

Marqaret Tetçer vəfat etdi<b style="color:red"> (Yenilənib)</b>

İngiltərənin eks baş naziri Marqaret Tetçer vəfat edib.

525.az-ın İngiltərənin Sky TV kanalına istinadən verdiyi məlumata görə, ürək xəstəliyindən əziyyət çəkən 87 yaşlı "Dəmir Ledi" bu gün dünyasını dəyişib.

Marqaret Tetçer (Margaret Hilda Thatcher) 13 oktyabr 1925-ci ildə Linkolnşir qraflığının Qrentem şəhərində anadan olub.

Marqaret Tetçerin qızlıq adı Hilda Roberts idi. Tetçer 1925-2013 ildə Şimali İngiltərənin Qrantem şəhərində anadan olmuşdur. Onun ailəsi varlı deyildi. Ailədəki uşaqlar atalarına baqqal dükanında kömək edirdilər. Marqaret lap uşaq yaşlarından əməyə alışmışdı. Məktəbi əla qiymətlərlə bitirən Marqaret Oksford Universitetinə qəbul olmuşdu. Eyni zamanda fəal siyasətə qoşulmuş, 1959-cu ildə parlamentə üzv seçilmişdi. 1975-ci ildə isə Mühafizəkarlar partiyasına rəhbərlik etməyə başlamışdı. 1979-cu ildə seçkilərdə qələbə qazanmış və 1990-cı ilə qədər Britaniya hökümətinə rəhbərlik etmişdi.

O, 1979-1990-ci illərdə Böyük Britaniyanın Baş Naziri (Böyük Britaniya Mühafizəkarlar Partiyası), 1992-ci ildə baronessa olub. Tetçer siyasətdə "Dəmir Ledi" ləqəbi ilə tanınıb.
 
Böyük Britaniyanın tarixində yeganə qadın baş naziri olub.

 





08.04.2013    çap et  çap et