525.Az

ANS-in keçmiş 5 əməkdaşı AzTV-də işə başladı - Siyahı


 

ANS-in keçmiş 5 əməkdaşı AzTV-də işə başladı - <b style="color:red">Siyahı</b>

Lisenziyası ləğv edilmiş ANS televiziyasının 5 aparıcısı Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AZTV) işə başlayıblar.

"Report" xəbər verir ki, bunlar ANS-in keçmiş aparıcıları Rəşad Abbasov, Əfsanə Mehdiyeva, Samir Cabbarov, Natavan Babayeva, Röya Bənənyarlıdır.

Bundan başqa, ANS-in keçmiş iki operatorunun da AzTV-də işə götürüləcəyi bildirilir.

AzTV-nin mətbuat xidməti yeni təyinatlarla bağlı açıqlama verməkdən imtina edib.

 





26.12.2016    çap et  çap et