525.Az

Qarabağ seyid ocaqlarının təmsilçisi İranın ali dini liderinə müraciət edib


 

SEYİD CAMAL ƏZİMBƏYLİ: «ŞİƏLİYƏ ƏN BÖYÜK ZƏRBƏNİ MƏHZ İRANDAN GƏLƏN ÇAĞIRIŞLAR VURUR»

Qarabağ seyid ocaqlarının təmsilçisi İranın ali dini liderinə müraciət edib<b style="color:red"></b>

«Dəfələrlə İran tərəfədən Azərbaycana qarşı xoşagəlməz çağırışlar səslənib. Hətta belə bir məqamı zaman-zaman bu ölkənin dövlət və hökumət təmsilçilərinin timsalında da görmüşük. Sonuncu dəfə İranın ali dini liediri Seyid Əli Xamneinin «Keyhan» ictimai-siyasi qəzetindəki nümayəndəsi və həmin nəşrin direktoru Hüseyn Şəriətmədarinin təhdid dolu müraciəti hər kəsə bəllidir. Fikrimcə, onun «Azərbaycan referendum vasitəsilə İrana birləşdirilməlidir» çağırışı nəinki qəbulolunmazdır, hətta deyərdim ki, anoromallıqdır».

Bu sözləri «525»in müxbirinə açıqlamasında Qarabağ seyid ocaqlarının təmsilçisi, şərqşunas Seyid Camal Əzimbəyli dilə gətirib. 

C.Əzimbəyli bunun Azərbaycan müsəlmanlarına qarşı bir təhqir olduğunu bildirib. Bunun şiəliyin zədələnməsinə yönəlik bir çağırış olduğunu qeyd edən C.Əzimbəyli məsələ ilə bağlı İranın ali dini liderinə müraciət ünvanladığını söyləyib. Onun fikrincə, Azərbaycanı İrana birləşdirmək iddiası anormal və sərsəm düşüncənin məhsuludur: «Unutmaq lazım deyil ki, İran müsəlman qardaş ölkə olan Azərbaycan xalqına dəstək olmaq yerinə hər zaman düşmənimiz olan Ermənistana dayaq olub. Bu, yolverilməzdir. Çünki İran işğala məruz qalan xalqımıza dəstək olmalıdır. Belə bir əsnada isə Azərbaycana qarşı hansısa iddia ilə çıxış etmək sadəcə təəssüf doğurur. Bu nə İslama, nə mənəviyyətə, nə də ki, əxlaqa yaraşan bir əməldir. Əgər Azərbaycan xalqının hər hansı bir narazılığı varsa, məhz bu yalnız ölkə daxilində həll edilir. Bu, digər ölkənin din təmsilçiləri tərəfindən həll edilən bir məsələ deyil. Azərbaycan İrana birləşməlidir fikrinə gəldikdə isə deyərdim ki, İran Azərbaycana birləşməlidir. Çünki İran özü Azərbaycanın tərkib hissəsi olub. Həmçinin orda olan azərbaycanlıların böyük əksəriyyəti fars zülmündən qurtulmaq istəyir. Azərbaycan İranın daxili işlərinə qarışmır, amma orda soydaşlarımızın pozulan hüquqlarına görə çox həssasdır. İranda 35 milyon bir xalqın hüququnu tanımayan bir ölkə başqa xalqlara hansısa fayda verə bilərmi?».

C.Əzimbəyli Qarabağ seyid ocaqları adından bunu qətiyyətlə pisləyərək, İranın ali dini liderindən bu məsələlərin dayandırılmasını istəyirəm: «İranın ali dini liediri, hörmətli Seyid Əli Xamneidən bu məsələlərin durdurulmasını xahiş edirəm. Bunu nəzərə çatdırmaq istəyirəm ki, hansısa bir şəxsin, dövlətin ölkəmizin daxili işənə qarışmaq ixtiyarı yoxdur. Çünki ölkdə olan bütün problemlər məhz ölkə daxilində həllə edilir. Məhz bütün bunlar qanunlarımzla tənzim edilir. Bu, habelə şiə kimliyimizə bir basqıdır. Hesab edirəm ki, şiəliyə ən böyük zərbəni məhz İrandan gələn çağırışlar vurur. Biz bütün bunlardan hiddətləndiyimizi bildirir və bunun dayandırılmasını israrla tələb edirik».

Qeyd edək ki, Seyid Əli Xamneinin «Keyhan» ictimai-siyasi qəzetindəki nümayəndəsi və həmin nəşrin direktoru Hüseyn Şəriətmədari qeyd edib ki, Azərbaycan referendum vasitəsilə İrana birləşdirilməlidir. O, «Bakının sırası gəlib» başlıqlı məqaləsində bu barədə yazıb. “Azərbaycanın əhalisinin əksəriyyətini şiə təriqətinə mənsub insanlar təşkil edir. Buna görə də Azərbaycan İranın tərkibinə daxil olmalı və bunu referendum vasitəsilə həyata keçirməlidir. Bununla bağlı İran Azərbaycan hökumətinə təklif göndərməli və bu müzakirə edilməlidir», – deyə H.Şəriətmədari bildirib.

O bildirib ki, bu yazını Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) təşkilatçılığı ilə martın 30-da Bakıda “Çağdaş Güney Azərbaycanın sabahı” mövzusunda keçirilən konfransa cavab olaraq yazıb: “Çox az insanın iştirak etdiyi çox alçaq tədbir İranın ərazi bütövlüyünə qarşı olub. İran Azərbaycana öz əhalisi arasında “İrana birləşmək istəyirsiniz, ya yox?” mövzusunda referendum keçirməyi təklif etsin. Azərbaycanın on milyona yaxın əhalisinin çoxluğu müsəlman və şiədir. Onların İrandakı azərbaycanlılarla mədəni və etiqad bağları var. Sovetlər dağılandan sonra bu insanlar öz mədəniyyətlərinə və etiqadlarına dönmək istəyirlər. O zamandan bəri İran İslam Respublikasını qiblə kimi görürlər. Azərbaycan xalqından aldığımız məlumata görə, onlar özlərini İrandan ayrılmış hissə kimi görürlər. Sionistlərin bu insanların fikirlərini dəyişdirmək səyləri nəticəsiz qalıb».

Aqil LƏTİFOV

 





08.04.2013    çap et  çap et