525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b> 2005-ci il. Azərbaycan Respublikasının yeni manatının təqdimatı olub.

Prezident İlham Əliyev mərasimdə iştirak edib.

Dövlət başçısının 2005-ci il 7 fevral tarixli “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərmanına əsasən, 2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikasında milli valyutanın - manatın denominasiyası həyata keçirilib.

Yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulub.

2010-cu il. Azərbaycanda ən böyük infrastruktur layihələrindən biri - Oğuz-Qəbələ-Bakı su kəməri istifadəyə verilib.

Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Uzunluğu 262 kilometrdən çox olan Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi nəticəsində Bakı əhalisinin 75 faizinin təmiz, keyfiyyətli, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun su ilə fasiləsiz təmin edilməsi mümkün olub.

1936-cı il. Tanınmış müğənni, Azərbaycan və SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı və bir sıra ordenlər laureatı, musiqi-teatr xadimi və ictimai xadim, Milli Məclisin deputatı Zeynəb Xanlarova anadan olub.

1879-cu il. Şotlandiyanın Dandi şəhəri yaxınlığındakı dəmir yolu körpüsünün üzərindən qatar keçdiyi vaxt uçması nəticəsində 75 nəfər həlak olub.

1895-ci il. Lümyer qardaşları Parisdə dünyanın ilk filmini nümayiş etdiriblər.
 





28.12.2016    çap et  çap et