525.Az

Milli Kitabxana ilə Ədəbiyyat İnstitutu arasında əməkdaşlıq müqaviləsi - Fotolar


 

Milli Kitabxana ilə Ədəbiyyat İnstitutu arasında əməkdaşlıq müqaviləsi - <b style="color:red">Fotolar</b>

Dünən Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu və Azərbaycan Milli Kitabxanası ilə birgə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş Nizami adına Ədəbiyyat İnstitutunun nəşr etdiyi "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" ikicildliyinin təqdimat mərasimini və Milli Kitabxana ilə Ədəbiyyat İnstitutu arasında qarşılıqlı əməkdaşlığa dair müqavilənin imzalanma mərasimi keçirib.

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq tədbir iştirakçılarını salamlayıb,  sözü Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevə verib. O, əvvəlcə tədbir iştirakçılarını qarşıdan gələr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə təbrik edib. Milli Kitabxananın beynəlxalq və yerli əlaqələrindən söz açan nazir müavini bu gün imzalanacaq növbəti Müqavilənin əhəmiyyətindən danışıb.

Milli Kitabxananın direktoru Kərim Tahirov və AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli Müqavilənin əhəmiyyətindən, labüdlüyündən danışıblar. Sonra Müqavilə imzalanıb.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş Nizami adına Ədəbiyyat İnstitutunun nəşr etdiyi "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" ikicildliyi haqqında danışan filologiya elmləri doktoru, professor Tehran Alışanoğlu kitab haqqında ətraflı məruzə edib.

Çıxışçılar Azərbaycanda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov, professor Qəzənfər Paşayev, yazıçı Səyyad Aran, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Əlioğlu kitab haqqında fikirlərini bölüşüblər.

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı adlı sərgi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

 





28.12.2016    çap et  çap et