525.Az

İnternetdə iz qoymamaq mümkündürmü?


 

İnternetdə iz qoymamaq mümkündürmü?<b style="color:red"></b>

İnternetin inkişafıyla fərdlərin şəxsi məlumatları gedərək daha çox əlçatan olur. İngiltərənin "The Guardian" qəzeti də bu səbəbdən digital izləri silmə tövsiyələri yayıb. Qəzetin tövsiyələri bunlardır:

1. "Facebook"da gizlilik parametrlərində hər şeyi "özəl"ə çevirin;

2. "Facebook"da etiketləndiyiniz fotoları bir-bir açıb, "variantlar" bölməsindən etiketləri silin;

3. "Google Blogger" hesabınızda profilinizi silin. Beləliklə, bütün bloq yazılarınız və şərhləriniz yox olacaq.

4. "Tumblr" və ya "Wordpress" bloqunuz varsa, silin;

5. Axtarış saytlarında dırnaq içərisində ad və soyadınızı yazın. Forumlardakı şərhlərinizi silib. Qəzetlər isə bir xəbərdə adınız keçirsə, adınızı silməyi rədd edə bilər.

6. "Google"da "görüntülər" hissəsində adınızı axtarışa verin. Fotolarınızın çıxdığı saytlardan bunları silmələrini istəyin. "Flickr" kimi saytlara göndərdiyiniz fotoları da silin.

7. Adınızı davamlı axtarışa verin. Adınızın çıxdığı saytların sahibləriylə əlaqə yaradıb sildirməyə cəhd edin.

8. "Facebook", "Blogger" və "Wordpress"ə göndərdiklərinizin hələ də internet arxivində qalmış ola biləcəyini unutmayın. "İnternet Archive" saytı məzmun silmə tələblərini bir-bir nəzərdən keçirir.

9. Adınızı internetdən tamamilə silsəniz belə, qərarlı bir araşdırmaçının geridə qalan məlumatlarınızı və dostlarınızın sizdən bəhs etdiyi məlumatları araşdıraraq haqqınızda məlumat ala biləcəyini unutmayın.


TRT

 





09.04.2013    çap et  çap et