525.Az

Havanın temperaturu aşağı düşəcək


 

Havanın temperaturu  aşağı düşəcək<b style="color:red"></b>

Azərbaycan ərazisində havanın temperaturu 4-7 dərəcə aşağı düşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın APA-ya verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulacağı gözlənilir.
 
Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 7-10, gündüz 15-20 dərəcə isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında sabah hava şəraitinin dəyişəcəyi, bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 20-25, bəzi yerlərdə 27 dərəcəyədək isti, dağlarda gecə 5-10, gündüz 10-15, bəzi yerlərdə 17 dərəcəyədək isti təşkil edəcək.

 





09.04.2013    çap et  çap et