525.Az

Ermənistan Rusiyadan yeni təyyarə və helikopterlər alır


 

Ermənistan Rusiyadan yeni təyyarə və helikopterlər alır<b style="color:red"></b>

Ermənistan Hərbi Hava Qüvvələrini Rusiyadan yeni təyyarə və helikopterlərin alınması yolu ilə gücləndirməyi planlaşdırır.

APA-nın Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, tərəflər arasında hərbi nəqliyyat və zərbə helikopterlərinin satın alınmasına dair anlaşma var. Ermənistan eyni zamanda Rusiyadan YAK-130 tipli son model təlim-döyüş təyyarələri də almaq niyyətində olduğunu açıqlayıb. Hazırda bununla bağlı danışıqlar gedir.
 
Ermənistan 2012-ci ildə Rusiyadan həmçinin 4 kompleks pilotsuz uçuş aparatları alıb.
 
Qeyd edək ki, Rusiya son illərdə Ermənistana təmənnasız olaraq 1 milyard dollardan artıq dəyəri olan silah və hərbi əmlak bağışlayıb.

 





09.04.2013    çap et  çap et