525.Az

Mübarək - (şeir)


 

Mübarək - <b style="color:red">(şeir)</b>

Dünya şöhrətli sənətkarımız, Xalq artisti Zeynəb xanım Xanlarovaya ithaf

Zeynəb - səhnəmizin gözəl Leylisi,
Bahar təranəli bülbülümüzdür;
"Şüştər"in, "Segah"ın səsidir səsi,
Odu, atəşi - eşq, çələngi sözdür. 

Ucalıq gətirib sənəti bizə,
Misilsiz sərvəti - ecazkar səda;
Bakıda doğulan müğənnimizə
Gül-çiçək verilib Amerikada!

Zeynəb ulduzudur nəğməli bürcün,
Dost, qardaş ellərdə ötməyi tarix;
Əsgər oğullarla görüşmək üçün
Ön cəbhə xəttinə getməyi tarix.

Müşfiq dühasından ilham alaraq,
Yolu Sayadlara salmağı xoşdur;
Kasıbın evində yandırıb çıraq,
Millət vəkili də olmağı xoşdur.

Onu dəfələrlə alqışlayıbdır,
İstanbul, Buxarest, Tokio, London...
Ona xoş duyğular bağışlayıbdır
Şərqdə - Çin, Hindistan, Qərbdə - Paris, Bonn.

Gəlir teleqramı, gəlir təbriki,
Onu sevənlərin, tanıyanların;
Vətənlə bərabər cahan deyir ki,
Ad günü mübarək Zeynəb xanımın!

 





29.12.2016    çap et  çap et