525.Az

Bakının Masazır qəsəbəsindəki sürüşmənin qarşısı alınır


 

Bakının Masazır qəsəbəsindəki sürüşmənin qarşısı alınır<b style="color:red"></b>

Bakının Masazır qəsəbəsindəki sürüşmənin qarşısını almaq üçün tədbirlərə başlanılıb.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov deyib.
 
Onun sözlərinə görə, ilk olaraq ərazidə sürüşmənin yaranmasına səbəb olan kanalizasiya və qrunt sularının yaxınlıqda yerləşən gölə axıdılması üçün arx çəkilir. Gələcəkdə isə həmin sular drenaj tipli borular vasitəsilə gölə axıdılacaq. Bununla yanaşı, sürüşmə nəticəsində zədələnən evin dayanıqlığını təmin etmək üçün bərpa işlərinə başlanılıb.
 
B. Qaralov deyib ki, ərazidəki sürüşmənin qarşısını almaq üçün digər tədbirlər kanalizasiya sularının qarşısı alınandan və vəziyyət stabilləşəndən sonra aparılacaq: “Prosesin gedişindən asılı olaraq əlavə tədbirlər həyata keçiriləcək. Həmin ərazidə sürüşmənin qarşısını almaq üçün istinad divarı çəkiləcək”.

 





09.04.2013    çap et  çap et