525.Az

Bakıda NATO və Azərbaycan arasında görüş keçirilir


 

Bakıda NATO və Azərbaycan arasında görüş keçirilir<b style="color:red"></b>

Bakıda NATO və Azərbaycan arasında Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (İPAP) və Planlaşdırma və Analiz Prosesi (PAP) çərçivəsində görülən işlərin qiymətləndirilməsinə dair görüş keçirilir.

APA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin rəhbərliyi altında keçirilən görüşdə Azərbaycanın qeyd olunan proqramlarda iştirak edən müxtəlif hərbi qurumlarının və hökumət strukturlarının nümayəndələri iştirak edirlər.
 
Adıçəkilən proqramlar üzrə görülən işlərə dair ayrı-ayrı qurumların hazırladıqları hesabatlar NATO nümayəndələrinə təqdim olunub.
 
NATO-nun ekspert missiyası aprelin 12-dək Bakıda səfərdə olacaq.
 
Qeyd edək ki, Azərbaycan İPAP-a 2005-ci ildə, PAP-a 1997-ci ildə qoşulub. Hər il Azərbaycan və NATO ekspertləri tərəfindən İPAP və PAP üzrə qiymətləndirmələr keçirilir.

 





09.04.2013    çap et  çap et