525.Az

“SPARE”çilər Beynəlxalq Olimpiadada mükafat qazanıblar


 

“SPARE”çilər Beynəlxalq Olimpiadada mükafat qazanıblar<b style="color:red"></b>

Azərbaycan Gənclər İttifaqının ətraf mühitin mühafizəsi məqsədi ilə həyata keçirdiyi SPARE beynəlxalq layihəsinin fəalları Rüfat Dərgahlı və Fidan Vaqifqızı  İNEPO Beynəlxalq Ətraf Mühit Olimpiadasında  iştirak ediblər. “Tətbiq edərək öyrənək” layihəsi ilə beynəlxalq Olimpiadada fəallıq göstərən gənclər münsiflər heyətinin qərarına əsasən 45 ölkə arasından 3-cü olublar.

“Tətbiq edərək öyrənək” layihəsi ekologiya məsələlərinin təbliği və bu sahədə maarifləndirmə işlərinin təşkilinə yönəldilib. Məktəblilər ekologiya problemlərinin həlli istiqamətində maraqlı və fərqli yanaşmalar təklif edirlər. Bu ümumtəhsil məktəblərinin müxtəlif səviyyələrini əhatə edən ekoloji oyunlardır. SPARE-çilərin hazırladıqları oyunlar “Yaşıl şəhərin pasportu”, “Eko loto”, “Alternativ enerji mənbələrini tanıyaq”, eləcə də məktəblilərin gündəlik həyatda istifadə edə biləcəkləri maraqlı yapışdırıcılar və əlfəcinlərdir. R.Dərgahlı qeyd edir ki, hazırlanmış oyunlar, eləcə də digər informativ materiallar gənc nəslin ətraf mühitin mühafizəsində fəallığının artırılmasına yönəldilmişdir. F.Vaqifqızının fikrincə isə, ətraf mühiti öyrənməyin ən yaxşı yolu oyunlardır. “Çünki uşaqlar oyunlardan öyrənirlər. Bu həm onlara ekoloji biliklərinin artırılmasına, həm də asudə vaxtlarının səmərəli keçirmələrinə imkan verir”, deyə əlavə edib.

SPARE-çilər bu istiqamətdə işlərini davam etdirmək niyyətindədirlər. Belə ki, onlar məktəblilər üçün yeni və maraqlı  oyunlarıln hazırlanmasını qarşılarına məqsəd qoyublar.

Qeyd edək ki, 7-ci İNEPO Beynəlxalq Ətraf Mühit Olimpiadası  ümummilli Liderimiz Heydər Əliyevin 90 illik yubileyinə  həsr edilib. Olimpiadada dünyanın 45 ölkəsini təmsil edən məktəblilər iştirak ediblər.

 





09.04.2013    çap et  çap et