525.Az

Zəlimxan Yaqubun məzarı üstündə abidəsi ucaldıldı


 

Zəlimxan Yaqubun məzarı üstündə abidəsi ucaldıldı<b style="color:red"></b> Xalq şairi Zəlimxan Yaqubun məzarı üstündə abidəsi ucaldılıb.

APA-nın məlumatına görə, məzarüstü abidə dekabrın 30-da I Fəxri xiyabanda qoyulub. 
  
Abidənin müəllifi, xalq rəssamı Natiq Əliyev, memarı Tərlan Həsənovdur. Xalq rəssamı Natiq Əliyev APA-ya açıqlamasında bildirib ki, məzarüstü abidənin hazırlanmasında Zəlimxan Yaqubun “Bir əlim torpaqda, bir əlim haqda” misrası əsas götürülüb:

“Abidə 8 aya başa gəlib. Məzarın üstü cilalanmış qara qranitlə örtülüb. Abidə yarıfiqur formada, ağ mərmərdən yonulub”. 
 
Qeyd edək ki, xalq şairi Zəlimxan Yaqub 2016-cı il, yanvarın 9-da dünyasını dəyişib. Xalq şairi uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib.

O, 1950-ci il yanvarın 21-də Bolnisi rayonunun Kəpənəkçi kəndində dünyaya gəlib. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib.

1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. 2008-ci il avqustun 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib. Z. Yaqub I Fəxri xiyabanda dəfn olunub.
 





30.12.2016    çap et  çap et