525.Az

Həmsədrlər Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə yenidən görüşəcəklər


 

Həmsədrlər Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə yenidən görüşəcəklər<b style="color:red"></b>

ATƏT-in Minsk Qrupunun həmsədrləri yaxın həftələrdə yenidən Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüş keçirəcəklər.

APA-nın xəbərinə görə, bu barədə həmsədrlərin bölgəyə son səfərləri barədə verdikləri bəyanatda bildirilir.
 
Bəyanatda həmsədrlər Novruz və Pasxa bayramları dövründə qoşunların təmas xəttində nisbi sakitlik hökm sürdüyünü vurğulayıblar. Onlar ümid edir ki, bu vəziyyət bundan sonra da davam edəcək. Diplomatlar səfər zamanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinin inkişafı üçün atılacaq addımların müzakirə olunduğunu açıqlayıblar. Vasitəçilər Dağlıq Qarabağdakı hava limanından mülki reyslərin həyata keçirilməsi məsələsini prezidentlərlə müzakirə etdiklərini də bəyan ediblər.

 





09.04.2013    çap et  çap et