525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b> 1804-cü il. Gəncə xanı Cavad xan və oğlu Hüseynqulu xan general Sisianovun başçılıq etdiyi rus qoşunları ilə döyüşdə həlak olublar.

Cavad Xanverdi oğlu (1785-1804) 19 il ərzində Gəncə xanı olub və Azərbaycan tarixinə Vətənini ürəkdən sevən cəsur hökmdar kimi daxil olub.

Cavad xan Gəncədə, Cümə məscidi ərazisindəki türbədə dəfn olunub.
 
1907-ci il. Azərbaycanın ilk piano müəllimi, professor, Xalq artisti Kövkəb Səfərəliyevanın (1907-1985) doğum günüdür.

Böyük təşkilatçılıq istedadı olan K.Səfərəliyeva dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin dəstəyi ilə 1937-ci ildə Konservatoriya nəzdində orta ixtisas musiqi məktəbi (hazırda Bülbül adına məktəb) yaradıb və onun direktoru olub.

O, musiqiyə dair bir sıra elmi-metodik vəsaitin, dərsliyin və məqalənin müəllifi, fortepiano üçün müntəxəbatın tərtibçisidir.
 
1977-ci il. “Apple” firmasının ilk kompüteri istehsal edilib.

Şirkət 1970-ci illərin ortalarında “MOS Technology 6502”nin bazasında ilk fərdi kompüterlərini yığan Stiv Cobs və Stiv Voznyak tərəfindən Kaliforniyada (ABŞ) yaradılıb.

“Apple” adını S.Cobs təklif edib, çünki belə olan halda telefon-məlumat kitabçasında şirkətin adı kompüter oyunları istehsalında və nəşrində ixtisaslaşan “Atari” şirkətindən (ABŞ) qabaqda gəlirdi.
 





03.01.2017    çap et  çap et