525.Az

Azərbaycanın telekanallarında bədii şuralar yaradılacaq


 

Azərbaycanın telekanallarında bədii şuralar yaradılacaq<b style="color:red"></b>

Azərbaycanın teleradio kanallarında dil mədəniyyətinin qorunması üçün bədii şuralar yaradılacaq.

APA-nın məlumatına görə, bu barədə ölkə prezidenti İlham Əliyevin dünən imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulub.
 
Proqrama əsasən, kütləvi informasiya vasitələrində dövlət dilinin təbliği­nin gücləndirilməsi işi Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Milli Televiziya və Radio Şurası və Mətbuat Şurasına tapşırılıb. Televiziya və radio verilişlərində, yazılı və elektron mət­buatda Azərbaycan ədəbi dilinin normalarına əməl olunmasını təmin etmək məqsədilə teleradio şirkətləri və kütləvi informasiya vasitələri sahəsində çalışan mütəxəssislərin dil hazırlıqlarının yüksəldil­mə­sinin təmin edilməsi həyata keçiriləcək.

Dövlət proqramına əsasən, Milli Televiziya və Radio Şurası tərəfindən teleradio şirkətlərində dil və nitq mədəniyyətinin qorunması üçün bədii şuralar yaradılacaq. Qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə dilçiliyin inkişafını daha da gücləndirmək üçün seminarlar, dəyirmi masalar, konfranslar, televiziya və radio verilişlərinin təşkil edilməsi nəzərdə tutulur.

 





10.04.2013    çap et  çap et