525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b> 1930-cu il. Sovet İttifaqında kollektivləşmə və kolxoz quruculuğuna yardım haqqında qərar qəbul edilib.

Kolxoz quruculuğu SSRİ-də, o cümlədən, Azərbaycanda dəhşətli repressiyalarla, 1 milyona yaxın adamın qolçomaq adı ilə damğalanaraq sürgün edilməsi ilə müşayiət olundu.

Kütləvi kolxozlaşmanın nəticəsi olaraq 1931-1933-cü illərdə SSRİ-ni dəhşətli aclıq bürüdü, milyonlarla insan öldü.
 
1992-ci il. Azərbaycan Respublikasının Müdafiə Şurası ləğv edilib.

Hakimiyyət və müxalifət rəhbərlərinin iştirakı ilə ölkədə guya ordu quruculuğuna kömək məqsədilə yaradılan (sentyabr 1991-ci il) Müdafiə Şurası əslində siyasi mübarizə və intriqa mərkəzinə çevrilmişdi.

1956-cı il. İlk sovet ekspedisiyası Antarktidaya çatıb.

1769-cu il. İngilis mühəndis Ceyms Uatt buxar maşınını patentləşdirib.

1969-cu il. SSRİ Venera planetinə kosmik aparat göndərib. Aparat təyinat yerinə 4 aya çatıb.
 





05.01.2017    çap et  çap et