525.Az

"Qarabağ" futbolçuları Türkiyəyə getdi


 

"Qarabağ" futbolçuları Türkiyəyə getdi<b style="color:red"></b>

"Qarabağ" bu gündən etibarən 2016-2017-ci il mövsümünün hazırlıqlarına start verir.

525.az klubun saytına istinadən məlumat verir ki, komandanın heyəti səhər saatlarında Türkiyəyə yola düşüb. Futbolçular təlim-məşq toplanışı zamanı "IC Santai" hotelində məskunlaşacaq.

"Qarabağ" qış təlim-məşq toplanışı müddətində dörd yoxlama oyunu keçirəcək. Komanda yanvarın 15-də Albaniyanın "Şkenderbeu", yanvarın 18-i "Styaua" (Rumıniya), yanvarın 22-də isə əvvəlcə Qazaxıstanın "Atırau", daha sonra isə Polşanın "Termalitsa" klubu ilə qarşılaşacaq.

 





05.01.2017    çap et  çap et