525.Az

Ötən il Lənkərana 16 mindən çox turist gəlib


 

Ötən il Lənkərana 16 mindən çox turist gəlib<b style="color:red"></b>

Yola saldığımız 2016-cı ildə cənub bölgəsinə gələn turistlərin sayında xeyli artım qeydə alınıb. İl ərzində təkcə Lənkəran rayonuna gələn turistlərin sayı 16 mindən çox olub.

AzərTAc xəbər verir ki, regionda yeni turizm obyektlərinin istifadəyə verilməsi, bölgənin turizm potensialının tanıtımı bu sahəyə öz müsbət təsirini göstərib.

Lənkəranda turizm sektorunda çalışanların xidmət keyfiyyətini daha da yüksəltmək üçün türkiyəli mütəxəssis qrupunun iştirakı ilə təlimlər təşkil olunub.

Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov bildirib ki, rayona gələn turistlərin 8 faizini xarici turistlər təşkil edir. Ən çox gələn turistlər İran islam Respublikasından olub. Sonrakı yerləri MDB və ərəb ölkələrindən gələn turistlər tutur.

 





05.01.2017    çap et  çap et