525.Az

ABŞ Usama ben Ladenin oğluna qarşı sanksiyalar tətbiq etdi


 

ABŞ Usama ben Ladenin oğluna qarşı sanksiyalar tətbiq etdi<b style="color:red"></b> ABŞ Usama ben Ladenin oğlu Həmzə ben Laden və “Ərəbistan yarımadasında Əl Qaidə” qruplaşmasının lideri İbrahim əl-Bana qarşı sanksiyalar tətbiq edib.
 
APA-nın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.
 
Məlumata görə, Həmzə ben Laden sanksiya siyahısına ABŞ-ın milli təhlükəsizliyi və vətəndaşlarına ciddi təhlükə yaradan fəaliyyətinə görə daxil edilib.  Dövlət Departamentinin məlumatına əsasən, o, 2015-ci ilin avqustundan “Əl Qaidə”-nin sıralarına qatılıb və qərb ölkələrin  paytaxtlarında hücumlar törətməyə çağırıb. 
 
ABŞ bundan əvvəl İbrahim əl-Banın ələ keçirilməsinə dəstək olana  5 mln. dollar vəd etmişdi.  
 
Qeyd olunan şəxslərin ABŞ ərazisində bütün əmlakı və maliyyə aktivlərinə həbs qoyulub.
 





06.01.2017    çap et  çap et